Qubada rayon ağsaqqallarının növbəti iclası keçirilib.
Ednews xəbər verir ki, iclas Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədovun sədrliyi və ağsaqqalların iştirakı ilə baş tutub.
İclasda rayon ağsaqqalları adından çıxış edən Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, dövlətin yeritdiyi siyasətə vətəndaş, ağsaqqal kimi dəstək vermək məqsədilə gənclərlə yanaşı ağsaqqalların da əlindən gələni etməyə borclu olduğunun vacibliyindən bəhs edib. Bunun üçün ağsaqqalların olduqları yerlərdə, məclislərdə vətəndaşlarda vətənə sevgi, sədaqət, vətəndaşlıq borcu haqqında mütəmadi olaraq məlumatlandırma işlərinin aparılmasını tövsiyə edib. İclasda, digər gündəlik məsələlər müzakirə olunub, ağsaqqalların sıralarına yeni üzvlər qəbul edilib.
Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevin Quba Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə daim diqqət və önəm verməsinə görə, iclas iştirakçıları Ziyəddin Əliyeva hörmət və ehtiramlarını bildiriblər.
Cənab prezidentə rayon ağsaqqalları Quba rayonuna yüksək bacarıqlı və peşəkar kadrların təyin etməsinə görə minnətdarlıqlarını bildiriblər.
Çıxış edən ağsaqqal iştirakçılardan Ramiz Qusarçaylı, Ənvər Məmmədov, Qəhrəman Qasımov, Ələkbər Ələkbərov, Məhəmməd Şirinov, Qumalat Şahkərimov və Səfər Bayramov ağsaqqal kimi cəmiyyətin tərəqqisi və təşəkkülündə onların da üzərinə vacib vəzifələrin düşdüyünü vurğulayıblar.
Sonda, yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Aydın Adıgözəlov, Quba