Təhsil naziri Emin Əmrullayev bu gün Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyasında iştirak edib.
Ednews xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.
“Çıxış zamanı Azərbaycan təhsil sisteminin prioritetləri, cəmiyyətin gözləntiləri və həyata keçirilən fəaliyyətlərin istiqaməti haqqında müxtəlif məqamları vurğuladım” – deyə nazir qeyd edib.