Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ

Cəmiyyət A- A A+
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.
 
Agentlikdən Ednews-a verilən məlumata görə, belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə Agentliyin tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.
 
Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...