Xəbər verdiyimiz kimi, 23 may tarixində Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Naxçıvan hava limanına eniş edə bilməyib. Nəticədə, Bakıya qayıtmaq barədə qərar qəbul edilib və təyyarə 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Təyyarə Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Göyərtədə olan sərnişinlər həyəcanlı anlar yaşayıblar.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Ednews-a açıqlamasında bildirib ki, Bakı-Naxçıvan reysi elə həmin gün həyata keçirilib.
Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi nəticəsində bu cür halların baş verməsi təbiidir.
O, təyyarənin göyərtəsində halı pisləşən sərnişinin olub-olmaması ilə bağlı şikayətin daxil olmadığını deyib.
Ednews həmin vaxt təyyarənin göyərtəsində çəkilən videogörüntüləri təqdim edir: