Qubada aramsız yağışlar dağıntılara səbəb oldu: Fəsadların aradan qaldırılması işləri aparılır - RƏSMİ - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Qubada aramsız yağışlar dağıntılara səbəb oldu: Fəsadların aradan qaldırılması işləri aparılır - RƏSMİ

Cəmiyyət A- A A+
Qubada aramsız yağan güclü yağışlar rayon ərazisində fəsadlara səbəb olub.
 
Ednews  xəbər verir ki, rayon ərazisində güclü yağışlar səbəbindən baş verən çaylardakı daşqın və digər təbii hadisələr nəticəsində əmələ gələn fəsadlar aradan qaldırılır. Bu barədə Ednews-ə verilən rəsmi açıqlamada bildirilir ki, "Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Quba Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri bu istiqamətdə işlər həyata keçirir. 24.05.2022-ci il tarixdən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları rayon ərazisində bir sıra fəsadlar törətmişdir. 
 
Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində, rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir. 
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilmişdir. 
 
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində  yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulmuş, körpü qəzalı vəziyyətə düşmüşdür. 
 
Yaranmış vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmiş, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilmişdir."
 
Aydın Adıgözəlov, Quba.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...