“Google maps”da ermənilərin Azərbaycan əraziləri ilə bağlı qoyduğu qondarma adlar silinib. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib və Xankəndidəki yer adlarının - küçə və “inzibati binaları”n adları Azərbaycan dilində qeyd olunub.
Ednews xəbər verir ki, xüsusilə “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, qondarma “parlament”, “xarici işlər nazirliyi”, “poçt”, “dövlət universiteti” adları diqqəti cəlb edib.