Bakıda qəzaya uğrayan polis əməkdaşlarının adları AÇIQLANDI - YENİLƏNİB - FOTOLAR - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Bakıda qəzaya uğrayan polis əməkdaşlarının adları AÇIQLANDI - YENİLƏNİB - FOTOLAR

Cəmiyyət A- A A+
Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.

Ednews xəbər verir ki, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
 
*08:30
 
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
 
Ednews apa-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
 
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.
 
Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.
 
Qəza zamanı iki polis əməkdaşı və “Mercedes”in sürücüsü ağır bədən xəsarətləri alıb.
 
Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...