Xəbər verdiyimiz kimi Bakıda keçirilən "Texnofest-Azərbaycan" festivalı artıq başlayıb. Tədbirdə minlərlə yerli və xarici qonaqlar iştirak edir.
Ednews xəbər verir ki, tədbirdə ailə üzvləri ilə birgə iştirak edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy festivala həm də Bayraktarlara görə qatıldığını bildirib.
"Azərbaycanda belə bir festivalın keçirilməsi məni çox sevindirir. Lakin mən bura sırf Bayraktarı izləmək üçün qatılmışam. Hazırda vətənim Ukraynada gedən müharibədə Bayraktar bizim üçün aparıcı rol oynayır. Ukrayna ordusunun qazandığı qələbələrdə Bayraktarın böyük rolu var", - deyə səfir qeyd edib.