"Texnofest-Azərbaycan"da "Dəmir yumruq” təqdim edildi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Texnofest-Azərbaycan"da "Dəmir yumruq” təqdim edildi

Cəmiyyət A- A A+
"Texnofest-Azərbaycan"da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edilib.
 
Ednews xəbər verir ki, bu barədə "Deftech" şirkətinin direktorunun texniki məsələlər üzrə müşaviri Kamran Əsgərzadə məlumat verib. 
 
Onun sözlərinə görə, uçuş simulyatorunun motoru da daxil olmaqla tamamilə yerli istehsaldır.
 
"Bunu Azərbaycan mühəndisləri hazırlayıb. Sadəcə proqram təminatı üzərində İsveç şirkəti ilə birgə işləyirik. Şirkət daxilində testləri aparılıb və yaxın müddətdə sertifikat alınacaq. Uçuş simulyatorunu "ADEX"də tam işlək vəziyyətdə sərgiləyəcəyik.
 
Simulyator ilk növbədə Azərbaycanın Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Daha sonra ixrac potensialını ortaya çıxaracağıq" - deyə o bildirib.
 
Şirkət rəsmisi qeyd edib ki, simulyator reallığa yaxınlaşdırılmış yüksək dəqiqliyə malikdir. Fırlanan pilot kabinəsinə malik simulyator döyüş təlimlərinin keçirilməsində istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...