Kolbasa və sosiska istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Kolbasa və sosiska istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Cəmiyyət A- A A+
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M. Əliyev küçəsi 24/10, məhəllə 526/3 ünvanında fəaliyyət göstərən, “Delikat” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində apardığı planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.
 
AQTA-dan Ednews-a verilən məlumata görə, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib.
 
Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Araşdırmalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...