"Bu gün ictimai-siyasi həyatda ətraf mühiti korlayan insanlar, dərnəklər var ki, ölkəmizə qarşı çıxırlar. Azərbaycanın maraqlarına ziyan gətirən bloqerlər var ki, dövlət rəsmilərinin ünvanına fikirlər səsləndirirlər”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı səsləndirib.
“Hesab edirəm ki, bu cür medallardan həmin ünsürlərlə mübarizə aparan şəxslərə də verilməlidir. Azərbaycanın Brüssel görüşündən sonra de-yure öz ərazi bütövlüyünü bərpa etdiyi, sərhədlərini müəyyənləşdirdiyi bir vaxtda ölkəmizə qarşı müraciətlər etdilər. Amma onlardan eşitmədik ki, Ermənistana Xocalı soyqırımına görə təzyiqlər göstərilməsini istəsinlər”, - Siyavuş Novruzov əlavə edib.