Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, tanınmış vəkil, Şirvan Kərimov Rusiyada təltif olunub.
Ednews xəbər verir ki, may ayının 27-də Rusiya Vəkillər Kollegiyasının 100 və PASO-nun 20 illik yubileyinə həsr olunan vəkillərin 22-ci illik konfransı keçirilib.
Konfrans çərçivəsində Samara vilayəti İctimai Palatasının üzvü, LASO-nun sədri, hüquqşünas Kərimov Şirvan Mürvət oğlu “Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində xidmətlərinə görə" 2-ci dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, Şirvan Kərimov Rusiyada tanınmış hüquqşünas olmaqla yanaşı, Samara vilayəti Azərbaycanlıları Liqasının sədridir.
Uzun illərdir Samara vilayətində yaşayan Şirvan Kərimov 18 ildən artıqdır ki, orada diaspor fəaliyyəti ilə məşğuldur. O, Samara vilayətində Azərbaycan və Azərbaycan həqiqətlərinin təbliğinə, eləcə də soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına böyük töhfə verib.