Xəbər veridiyimiz kimi sosial şəbəkələrdə Zəngilan rayon 35 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Məhsətinin VIII sinif şagirdi Həsənli Aqşin döyməsi ilə bağlı video yayılıb.
Məktəbdə baş verən insident barədə Ednews-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
“Baş verən hadisə ilə bağlı hazırda nazirlik tərəfindən araşdırma davam edir, yaxın günlərdə qərar veriləcək. Ondan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, Hüseynova Məhsəti eksklüziv olaraq Ednews-a məsələ barəsində danışarkən bildirib ki, o, dəcəllik edən şagirdə dəfələrlə məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyə çağırsa da, Həsənli Aqşin tutulan iradlara məhəl qoymayıb, başındakı papağı çıxarmayıb. Bundan əlavə şagird nümayişkaranə şəkildə saqqız çeynəyərək şagirdlərin və müəllimin diqqətini tədris prosesindən ayırmağa çalışıb. Buna görə də müəllimə şagirdin bu qeyri-etik hərəkətinə cavab verib.
Ləman Abbaslı