Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Qədeşova və təsərrüfat müdiri Rəhilə Cavadova barəsində intizam tənbehi görülüb.
Ednews "Bizim Media"-ya istinadən xəbər verir ki, bu barədə Quba-Xaçmaz regional təhsil idarəsindən son günlər sosial şəbəkələrin əsas mövzusu olan Şabrandakı 1 saylı uşaq bağçası ilə bağlı özəl açıqlamada bildilrilib.
Bildirilib ki, regional təhsil idarəsi bağçada xidməti yoxlama aparıb. Sosial şəbəkədə yer alan görüntülər təsdiqini tapmayıb.
Bununla belə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, bağçanın müdiri Lalə Qədeşova və təsərrüfat müdiri Rəhilə Cavadova barəsində intizam tənbehi görülüb.
Onların hər ikisinə töhmət verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.