“TEKNOFEST” Azərbaycana nə VƏD EDİR Fərid Pərdəşünasdan PROQNOZ

Cəmiyyət 10:00 28.05.2022
Artıq 3 gündür Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı start götürüb.  
 
“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu il isə festival ilk dəfə olaraq Azərbaycanda təşkil olunub.
 
Festivalıın ölkəmiz üçün əhəmiyyəti barədə Ednews-a danışan texno-bloger Fərid Pərdəşünasın sözlərinə görə, TEKNOFEST gənclərin motivasiya olunması baxımdan çox önəm daşıyır. 
 
“Bu təkcə aviaşoulardan, konsertlərdən, uçan aparatların nümayişindən ibarət deyil. “TEKNOFEST” mərhələli, müxtəlif bölmələri əhatə edən turnirdir. “Kristal Hall”da startup, hakaton, kiber idman oyunları üzrə dünya səviyyəli çempionatlar təşkil olunur. Azərbaycanı təmsil edən çox sayda komanda var. Hazırda TEKNOFEST birbaşa azərbaycanlı gənclərdən təşkil olunan komandaların iştirakı ilə keçirilən festivala çevrilib”. 
 
Texno-bloger həmçinin qeyd edib ki, tədbirə gələn qonaqların böyük hissəsini yaş qrupu aşağı olan, texnologiyaya maraq göstərən yeniyetmələr təşkil edir. 
 
 
O, qeyd edib ki, bu çox yaxşı haldır, çünki festival azyaşlılarda bir növ motivasiya, həvəs yaratmağa kömək edəcək. 
 
“Bu uşaqlarda texnikaya, müasir startaplara, yeniliklərə böyük maraq yaradacaq. Bu tendensiya onların təfəkküründə artıq kiçik yaşlarından formalaşacaq.  Azərbaycanın bu sahədə ancaq “Bakutel” təcrübəsi var idi. Ancaq “Bakutel” festival deyil, o daha çox sərgi xarakterli təcrübə idi”. 
 
Ekspert bildirib ki, Azərbaycan müəyyən texnoloji inkişaf dövrünü keçib özünün istehsal etdiyi cihazlara sahib olsa, hərb sahəsində əldə olunan naliyyətlər daha da populyarlıq qazana biləcək. 
 
“Ancaq hazırda Türkiyə-Azərbaycan ortaqlığı ilə daha yaxşı sınanmış təcrübəni ölkəmizdə tətbiq edirlər. Görünən odur ki, izləyicilər də, tədbirə qatılanlar da bu festivaldan razıdırlar. Bu, iki qardaş ölkənin ortaq tədbiri halına gəlib. Azərbaycan təşkilatçlılıq, iştirakçılıq səviyyəsində böyük əmək sərf edib. Orada olan stendlərin böyük əksəriyyəti, əsas sponsorlar Azərbaycan şirkətləridir. Komandalar Azərbaycan komandalarıdır. Düşünürəm ki, Türkiyə və Azərbaycan bu festivalla dünyaya böyük bir mesaj verdilər”.  
 
 
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
 
Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.
 
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
 
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır.
 
Gülnar Səlimova
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı