Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.
Ednews-un məlumatına görə, əfv edilənlər sırasında olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli azadlığa buraxılıb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, S.Rüstəmli artıq evindədir.
Xatırladaq ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə edilmişdi.