Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.
Ednews APA-ya istinadən verir ki, ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi xüsusi su tağı ilə qarşılanıb.
Qeyd edək ki, Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.