Əfv edilənlər arasında dünya çempionu da var - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Əfv edilənlər arasında dünya çempionu da var

Cəmiyyət A- A A+

Kikboksinq və kunq-fu üzrə dünya çempionu Urxan Orucov əfv edilib.

Ednews xəbər verir ki, 2018-ci ildə həbs edilən U.Orucovun adı Prezident İlham Əliyevin ötən gün imzaladığı Əfv Sərəncamında yer alıb.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü Orucov Urxan Əli oğlu maşınla adam vuraraq öldürdüyü üçün məhkum olunmuşdu. Hadisə 2018-ci ilin yanvarında Buzovna qəsəbəsində baş vermişdi. U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə 31 yaşlı Səlim Zülfüqarovu vuraraq hadisə yerindən qaçmışdı. Nəticədə, S.Zülfüqarov vəfat etmiş, U.Orucov isə saxlanılaraq həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...