Daxili Qoşunların hərbi qulluqçusunun Ağdamda mina partlayışı nəticəsində xəsarətlər alması ilə bağlı araşdırma davam etdirilir.
Ednews xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti xəbər verir.
Məlumatda qeyd olunur ki, ötən gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb. Müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda, Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.