Maqsud Mahmudov barəsindəki hökmdən apellyasiya şikayəti verdi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Maqsud Mahmudov barəsindəki hökmdən apellyasiya şikayəti verdi

Cəmiyyət A- A A+
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki ittihamedici hökmdən narazıdır.
 
Ednews xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili müvəkkkili barəsindəki hökmün ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti verib. Maqsud Mahmudov məhkəmədən bəraət qərarı qəbul edilməsini istəyir.
 
Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
 
Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
 
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
 
91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
 
Hökmə əsasən Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...