Zaqatala Hava Limanının bağı da, bağbanı da,kafesi də, hətta pilotu da var, amma bircə təyyarəsi yoxdur.
Ednews xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bu problem hələ də qalmaqdadır:
“Bunu məsələ kimi Parlamentdə qaldırmağı özümə borc bilirəm. Hökümət üzvlərindən xahiş edirəm ki, bu istiqamətdə ciddi addımlar atsınlar. Çünki bildiyiniz kimi, Zaqatala turizm imkanları geniş olan şəhərimizdir”.