Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bulvarda "açıq qapı" günü keçiriləcək - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bulvarda "açıq qapı" günü keçiriləcək

Cəmiyyət A- A A+
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında "açıq qapı" günü keçiriləcək.
 
Ednews xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edirik. 
 
Onlar Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət etməklə əsrarəngiz təbiət əraziləri ilə tanış ola və vaxtlarını səmərəli keçirə bilərlər.
 
Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...