Ötən gün 49 yanğın olub, 4 nəfər xilas edildi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Ötən gün 49 yanğın olub, 4 nəfər xilas edildi

Cəmiyyət A- A A+
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 
 
Nazirlikdən Ednews-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
 
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas olunub, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
 
Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...