Siyəzəndə 13 yaşlı oğlan dünyasını dəyişib.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, gecə 23 radələrində Siyəzən müalicə dioqnostika mərkəzinə gətirilən Məhəmməd Musa oğlu Rəfiyev həkimlərin ciddi səyinə baxmayaraq keçinib.
Onun tibb müəssisəsinə gətirilməzdən əvvəl evdə yemək yediyi zaman yıxıldığı deyilir.
Siyəzən müalicə-dioqnostika mərkəzinin direktoru Dadaş Hümbətovun Bizim.Media-ya verdiyi məlumata görə, faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.
Mərhumun meyiti tibbi ekspertiza edilməsi üçün Bakıya-Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Dünyasını dəyişən 13 yaşlı məktəbli Məhəmməd Rəfiyev Vətən Müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşı idi.
Quba-Xaçmaz regional təhsil idarəsi bununla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Siyəzən şəhər 3 saylı tam orta məktəbin 7 b sinif şagirdi Məhəmməd Musa oğlu Rəfiyevin axşam saatlarında evində yemək yeyərkən boğulmağa başlayəb və dərhal Siyəzən rayon Müalicə-diaqnostika mərkəzinə çatdırılıb. O, Bakıya aparılmaq istənilsə də, yolda keçinib".