Dövlət Komitəsi: İşə qəbul zamanı cinsi diskriminasiya halları müşahidə edilir - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Dövlət Komitəsi: İşə qəbul zamanı cinsi diskriminasiya halları müşahidə edilir

Cəmiyyət A- A A+

“2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə fəaliyyəti haqqında hesabat Parlamentdə təqdim edilmək üçün hazırlanır”.

Ednews xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova media nümayəndələri üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, bundan başqa BMT-nin CEDAW Komitəsinə növbəti dövri hesabat hazırlanıb və iyun ayında təqdim ediləcək:

"Çox təssüf ki, iş yerlərində seksual qısnama halları var. Lakin bununla bağlı rəqəmləri təqdim etmək mümkün deyil. Çünki bununla bağlı nə məhkəməyə, nə də Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət olunur. Buna görə də bu mövzuda rəqəmləri hesabata daxil etmək mümkün olmur. Amma bu problem var, stereotiplər bu halın gündəmə gəlməsinə manə olur".

Sədr müavini deyib ki, işə qəbul zamanı cinsi diskriminasiya halları müşahidə edilir:

“İşə qəbul zamanı kişilərin şansı daha çox olur. Bu istiqamətdə qurumlardan hesabat tələb edən zaman onlar bizə hesabat verə bilmirlər. Məlum olur ki, bu istiqamətdə heç bir iş aparılmayıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...