Son 7 ildə Azərbaycanda 10 mindən çox cinayət işi qeydiyyata alınıb.
Ednews xəbər verir ki, bu barədə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov məlumat verib.
O bildirib ki, həmin müddətdə qeydiyyata alınan araşdırma tipli materialların sayı isə 65 mindən çox olub: "Bu ilin yanvar ayının 1-dən bu günə qədər idarəyə 403 hadisə barədə məlumat daxil olub".