Bakı Dövlət Universitetində yaz imtahan sessiyası başlandı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakı Dövlət Universitetində yaz imtahan sessiyası başlandı

Cəmiyyət A- A A+

İyunun 3-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya iyulun 1-dək davam edəcək.

BDU-dan Ednews-a bildirilib ki, İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçiriləcək.

Bakalavriatura səviyyəsində 681 qrup üzrə 15 minə yaxın tələbə, magistratura səviyyəsində isə 234 ixtisaslaşma üzrə 973 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...