Qarabağda iki su anbarı tikiləcək - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

Qarabağda iki su anbarı tikiləcək

Cəmiyyət A- A A+

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki su anbarının tikintisi, mövcud su anbarlarının isə bərpası nəzərdə tutulur.

Bu barədə Ednews-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev məlumat verib.

O, bu barədə Şabran rayonunda 5 iyun - su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə keçirilən mediaturda danışıb.

"Həmin ərazilərdə faktiki olaraq su anbarlarımız var. Onlardan Tərtər rayonundakı Suqovuşan, Ağdam rayonundakı Xaçınçay və Füzuli rayonundakı Köndələnçay su anbarlarının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib, ekspertizaya verilib. Güman ki, qısa müddət ərzində onların əsaslı təmir və bərpası ilə bağlı tenderlər keçiriləcək. Bundan başqa, Bərgüşadçay və Həkəri çaylarının üzərində 60 və 90 milyon kubmetrlik yeni su anbarlarının tikintisi nəzərdə tutulub”, - deyə Z.Quliyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...