Bloqerlərin Kəlbəcər səfəri - Kim haqlıdır? – Jurnalistlər, yoxsa... - FOTO - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Bloqerlərin Kəlbəcər səfəri - Kim haqlıdır? – Jurnalistlər, yoxsa... - FOTO

Cəmiyyət A- A A+
Bu günlərdə ölkənin bir qrup tanınmış gənc bloqer-influenserlərin diplomatik korpusla Kəlbəcərə səfəri təşkil olunub. Bloqerlər işğaldan azad olunan torpaqlarda çəkilən görüntülərini sosial şəbəkə hesablarında paylaşdıqdan sonra demək olar ki, qınaq obyektinə çevriliblər. Azad edilən torpaqlara səfər etmə fürsətləri olmayan, xüsusilə qarabağlı olan insanlarda bu müəyyən dərəcədə qıcıq yaradıb. 
 
Bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Facebook” hesabında məsələ ilə bağlı əvvəlcə tənqidi münasibət bildirsə də, sonradan bloqer-influenserlərin paylaşımlarını görəndə fikri dəyişib. O, bu ideyanı uğurlu bir layihə olduğunu qeyd edib. Paylaşımında R.Məcid bildirib ki, bu torpaqlarımızı bütün dünyaya tanıtmaq üçün bir PR işidir. Çünki bu bloqerlərin hər birinin 100 minlərlə izləyicisi var.
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında Milli.Az saytının Baş redaktoru, tanınmış jurnalist Elçin Alıoğlu bildirib ki, Qarabağa kimlərin getməsindən asılı olmayaraq, bu, narazılıq yaradacaq. 
 
“Bunun bir çıxış yolu var -  Azərbaycan vətəndaşlarının hamısı bir nəfər kimi həmin ərazilərə aparılsın. Təbii ki, bu absurddur. Bloqer nə üçün işğaldan azad olunan ərazilərə gedə bilməz? Bunun məyər mənəvi etik tərəfi var ki, mütləq ora Qarabağda döyüşən qazilərimiz yaxud şəhid ailələri getməlidir? Hamı getməlidir, bu torpaq bizimdir. Ümumiyyətlə, sosial şəbəkələrdə aqressiya çox böyükdür. İkicisi bütün dünyada hər hansı məsələnin təbliği, təşviqi, yaxud tanıdılması üçün bloqer-influenserlərdən istifadə edirlər. Tanınmış bloqerlərin əksəriyyəti gənclərdir”.   
 
O qeyd edib ki, burada söhbət insanların yenidən təbəqələrə bölünməsi, təsnifləndirilməsindən gedir. 
 
“Cəmiyyəti yenidən bölmək olmaz. Biz bu müharibədə əl-ələ verdik, yaşından və milliyətindən asılı olmayaraq hamımız yumruq kimi birləşdik. Kimsə soruşmadı ki, sən Qarabağı tanıyırsanmı ki, döyüşürsən? Qarabağda işğaldan azad edilən ərazilərin total əksəriyyəti minalarla təmizlənməyib, orda karantin rejimi var. Dövlət öz vətəndaşlarını qorumaq üçün bu səfərləri təşkil edir ki, hələlik bu səfərlərlə kifayətlənək. Bir müddət sonra isə ora gediş-gəliş tam sərbəst olacaq”. 
 
Millət vəkili Fazil Mustafanın sözlərinə görə isə Qarabağa istənilən adamın səfər etməsi müəyyən qıcıq yaradır. 
 
“Hamı istəyir oranı görsün. Bu məsələrə tolerant yanaşılmalıdır. Yaxın zamanlarda təhlükəsizlik tam təmin olunandan sonra ciddi bir problem qalmayacaq. Ona görə bunu xüsusi bir narazılıq predmetinə çevrimək olmaz. Bəli, insanlar haqlıdır, istəyirlər o torpaqları görsünlər, onların da iradlarını mən normal qəbul edirəm. Amma bu həm də şans məsələsidir. Bəzən haqqı çatan bir az gec o haqqı əldə edir. Bunu mübahisə və müzakirə mövzusuna çevirmək lazım deyil”.
 
Gülnar Səlimova
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...