İyunun 3-ü saat 23:00 radələrində Quba rayon sakini,1963-cü il təvəllüdlü Eldar Hacıyev rayonun Çartəpə kəndində öldürülüb. Bu barədə Quba rayon prokurorluğu məlumat yayıb.
Prokurorluqdan Ednews-a verilən xəbərə görə, aparılan araşdırmalar nəticəsində Eldar Hacıyevın tanışı 1968-ci il təvəllüdlü Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisəyə səbəb şəxsi münasibətlər zəminində baş verən münaqişə olub.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.
Aydın Adıgözəlov