Bu Komitə jurnalistlər arasında yazı müsabiqəsi elan etdi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Bu Komitə jurnalistlər arasında yazı müsabiqəsi elan etdi

Cəmiyyət A- A A+
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda yazı müsabiqəsi elan edir.
 
Ednews xəbər verir ki, müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə iyunun 7-dən iyulun 7-nə qədər həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.
 
I. Mükafatlandırma: 
 
I yer - 1nəfər - 600 manat
 
II yer - 2 nəfər - 500 manat
 
III yer - 3 nəfər - 300 manat
 
Həvəsləndirici mükafat - 6 nəfər - 150 manat
 
II. Müsabiqə şərtləri:
 
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
 
Mövzunu dolğun əhatə etmə səviyyəsi; 
 
Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
 
İfadə vasitələrinin zənginliyi;
 
Maarifləndiricilik xüsusiyyəti;
 
Oxucu üçün informasiyalılıq dərəcəsi;
 
Müsabiqəyə 07 iyun 2022-ci il tarixindən 07 iyul 2022-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq;
 
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...