Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.
Ednews bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib. Məlumata görə hadisə dünən axşam saatlarında Gəncədə baş verib.
Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub.
Qəza nəticəsində piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı olub.