Hadisə Xaçmaz rayonun Rəhimoba kəndi ərazisində, Gəndab-Yalama yolunun 14-cü kilometrliyində qeydə alınıb.
Ednews xəbər verir ki, "KamAZ" markalı yük avtomobil Xaçmaz istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "Howo" markalı digər yük avtomobili ilə toqquşub.
Hadisə yolun hərəkət hissəsində baş verdiyindən, həmin yolla hərəkət edən "Ford Tranzit" markalı yük avtobili də qəzaya uğrayan avtomobillərə çırpılıb.
Qəza zamanı "Ford Tranzit"in sürücüsü, Samux rayon sakini Rəcid Bağırov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ilk orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov, Xaçmaz