“12 min qazi işlə təmin olunub” - RƏSMİ - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

“12 min qazi işlə təmin olunub” - RƏSMİ

Cəmiyyət A- A A+

İndiyədək 3 min qazinin əlilliyi müəyyən olunub. 

Ednews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. 

“Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazi ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar", - A.Kərimov bildirib. 

Nazir müavini qeyd edib ki, təqribən 12 min qazi işlə təmin olunub: "Bu şəxslərə 20 min reabilitasiya vasitəsi verilib". 

Trend-in məlumatına görə, nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı da müəyyən işlər gedir. 

“Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...