“Dendroloji park”ın ərazisində qəsdən yanğın törədən şəxs saxlanıldı - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

“Dendroloji park”ın ərazisində qəsdən yanğın törədən şəxs saxlanıldı

Cəmiyyət A- A A+
İyunun 14-də Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) Ednews-a verilən məlumata görə, yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.
 
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
 
Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.
 
Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...