Azad olunmuş ərazilərdə fəaliyyət göstərən işçi sayı AÇIQLANDI - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Azad olunmuş ərazilərdə fəaliyyət göstərən işçi sayı AÇIQLANDI

Cəmiyyət A- A A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 38726 nəfər Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alınıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ednews-a verilən xəbərə görə, yol infrastruktunun sürətli bərpası və yenidən qurulması kimi məsələlər prioritet əhəmiyyətə malikdir. 

Bildirilib ki, davamlı olaraq yol infrastrukturu layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni işçilərlə bağlı da icazələrin alınması davam etdirilir. 

Qeyd edək ki, ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən istifadə olunur. 

Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı digər istiqamətlərdə olduğu kimi, yol infrastukturu sahəsi üzrə də inkişaf edir, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları dəyərləndirilir, bu sahədə genişmiqyaslı işlər həyata keçirilir.

Bu istiqamətdə qardaş ölkənin yol tikintisi sahəsində ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq edilir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...