Paytaxtdakı tıxac 6 marşrutun hərəkətini çətinləşdirdi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Paytaxtdakı tıxac 6 marşrutun hərəkətini çətinləşdirdi

Cəmiyyət A- A A+
Paytaxtın Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlığın olması səbəbilə həmin ərazidən keçən 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur. 
 
Ednews xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
 
Bildirilib ki, ümumilikdə, həmin ərazidə 10-12 ədədə yaxın avtobus sıxlıqda qalıb. 
 
Həmçinin Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə edilir.
 
Bu səbəbdən də həmin ərazidən keçən 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki 7-dən çox avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...