BAMF prezidenti Umud Mirzəyev Yaponiya Səfirliyinin dəstəyi ilə Tərtərdə həyata keçirilən layihədən danışdı - VİDEO - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

BAMF prezidenti Umud Mirzəyev Yaponiya Səfirliyinin dəstəyi ilə Tərtərdə həyata keçirilən layihədən danışdı - VİDEO

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında 9 mart 2022-ci il tarixində imzalanan “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

Layihə barədə BAMF-ın prezidenti Umud Mirzəyev CBC telekanalına müsahibə verib.

O bildirib ki, Yaponiya Səfirliyi ilə BAMF ilk layihəni 20 il bundan əvvəl həyata keçiriblər.

“O zaman ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən, BAMF-ın 15 nəfərdən ibarət İcma Mina Aksiyası komandası yarandı”.

U. Mirzəyev layihənin əsas məqsədi barədə danışarkən qeyd edib ki, bu, Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinə töhfə verilməsini nəzərdə tutur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...