Lökbatanda 5 ha qamışlıq ərazi yandı - VİDEO - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Lökbatanda 5 ha qamışlıq ərazi yandı - VİDEO

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Ednews-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə qamışlıq yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...