Suriya ermənilərinin Qarabağda hər hansı gələcəyi yoxdur - Süni köçün DETALLARI - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Suriya ermənilərinin Qarabağda hər hansı gələcəyi yoxdur - Süni köçün DETALLARI

Cəmiyyət A- A A+

Bugünlərdə erməni mediasında Suriyadan Qarabağa köç etmiş və hazırda Qarabağda tikinti sahəsində çalışan etnik erməni Poqos Ter-Nersesyanın müsahibəsi yayımlanıb. Müsahib özü də vurğulayır ki, döyüşlərdən öncə ailəsi ilə birlikdə Zəngilanda yaşayıb və orada əkin işləri ilə məşğul olub. 44 günlük müharibə zamanı isə Xocalı rayonunun Əsgəran qəsəbəsinə köçürülüb. 

Qeyd edək ki, 2010-cü illərin əvvəllərində separatçılar tərəfindən Qarabağa köçmüş hər bir Suriya ermənisinə fərdi dəstək göstəriləcəyi bildirilib.  Suriya ermənilərinin Azərbaycanın işğal olunan ərazilərinə köçürülmə prosesinin təşviqində, Ermənistanın dövlət qurumları, Diaspor Nazirliyi, İrəvanda yerləşən xüsusi “Qardaşına kömək et” (“Help Your Brother”) proqramı hazırlayan Ermənistan İnqilabi Federasiyası (ARF) birbaşa iştirak edib. Suriyadan olan ermənilər (əksəriyyəti Suriyanın Qamışlı və Hələb şəhərlərindəndir) əsasən işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarında məskunlaşdırılmışdı. Qanunsuz məskunlaşma siyasətinin digər təsdiqi “Hayastan” Ümumerməni Fondu tərəfindən “Qarabağın kəndlərinin yenidən məskunlaşdırılması” layihəsinin həyata keçirilməsi idi. 
“Azərcosmos”un 2019-cu ilə dair hesabatında Qarabağda, xüsusilə də Laçında yaşayış binalarının, evlərin və digər əlaqəli sosial infrastruktur obyektlərinin tikintisi və təmiri işlərinin miqyasının artdığı və sosial infrastrukturun qurulmasının birbaşa burada məskunlaşmaların 
  
təşviqi ilə bağlı olduğu qeyd edilib.  Bundan başqa, bu ərazilərdə məskunlaşmış Suriya ermənilərinə erməni höküməti tərəfindən pulsuz və “mülkiyyət hüququ” ilə mənzillər verilmişdi.
Qondarma hökümət tərəfindən Suriya ermənilərinin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatına dəstək məqsədilə sərmayələr də qoyulurdu.  
Bundan başqa, “Syrians for Truth and Justice” insan haqları təşkilatının yaydığı məlumata görə, 2020-ci ildə Azərbaycana qarşı müharibədə iştirak etmək məqsədilə Suriyadan yüzlərlə yaraqlılar, Suriya erməniləri, həmçinin Qarabağda yaşayan Suriya erməniləri döyüşlərə cəlb olunub.  
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq Suriya ermənilərini özünün avantürüst siyasətinin qurbanına çevirdi. Köç siyasəti faktiki olaraq uğursuzluqla nəticələnib. Bu gün də erməni höküməti həmin Suriya ermənilərini Qarabağda qeyri-qanuni şəkildə saxlayaraq, onları siyasi qurbana çevirir. Çünki, rəsmi Bakı, Qarabağ ərazilərində müharibədən əvvəl yaşayan əhalinin kimliyi haqda ətraflı arxiv məlumatlarına sahibdir. Bu səbəbdən də rəsmi Bakı o ərazilərə süni köçürülən etnik erməniləri Qarabağın ənənəvi sakini olaraq qəbul etməyəcək.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...