FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirləri aparıb - FOTOLAR - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirləri aparıb - FOTOLAR

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən personalı yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə növbəti silsilə maarifləndirmə tədbirləri keçirib.

Ednews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu çərçivədə növbəti tədbirlər Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside”, “Qafqaz Tufandağ” və “Qəbələ” mehmanxanalarında keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Eyni zamanda, bina və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Həmçinin, mehmanxananın əməkdaşları ilə yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.

Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb

 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...