Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb.
Ednews xəbər verir ki, avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə açılan üçüncü müntəzəm marşrutdur. Bundan əvvəl isə Ağdam və Şuşa şəhərlərinə marşrut təşkil olunub.
***
09:51
Dövlət Avtomobil Nəqliyyatı Xidməti təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib.
Ednews xəbər verir ki, reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək.
Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir.
Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.