İyunun 24-də ölkə ərazisində qeydə alınan 54, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ednews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.