“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə bir neçə mərkəz yaradılacaq - FOTOLAR - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə bir neçə mərkəz yaradılacaq - FOTOLAR

Cəmiyyət A- A A+

“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq.

Ednews xəbər verir ki, bu dövrdə həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və həmin vaxtdan artıq 5 “DOST” mərkəzi açılıb.

Bu mərkəzlərdə sosial sahə üzrə 154 xidmət “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir.

Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.

Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu isə 98,5 faizdir.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...