Tovuzda evə ildırım düşüb - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Tovuzda evə ildırım düşüb

Cəmiyyət A- A A+

Dünən Tovuzda evə ildırım düşüb.

Ednews xəbər verir ki, hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıb.

Güclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub.

Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...