Xəzər dənizində 46 yaşlı kişi batdı - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Xəzər dənizində 46 yaşlı kişi batdı

Cəmiyyət A- A A+

Xəzər dənizində 46 yaşlı kişi batıb.

Bu barədə Ednews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü İbişov Taleh İbad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...