Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə öldü - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə öldü

Cəmiyyət A- A A+
Bakıda fəhlə faciəvi şəkildə ölüb.
 
Qaradağ rayon Prokurorluğundan Ednews-a verilən xəbərə görə, iyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...