Bu bankların əmlakları hərraca çıxarılır - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu bankların əmlakları hərraca çıxarılır

Cəmiyyət A- A A+
İyulun 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin, iyulun 20-də isə "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
 
Ednews xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
 
Məlumata görə, söhbət "Atabank"a məxsus Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında yerləşən 9 624,7 kv.m-lik qeyri-yaşayış sahəsindən və "Bank Standard"a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında yerləşən 1 034,8 kv.m-lik əmlak kompleksindən gedir. Əmlaklara müvafiq olaraq 20 milyon manat və 730 min manat qiymət qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...