“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Ednews xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında layihə səs çoxluğu ilə qəbul olunub.
Sənəddəki dəyişikliklərə əsasən, sazişin adı dəyişir.
Sənəd “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında saziş adlandırılır.