İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər

Cəmiyyət A- A A+
Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələri Heydər məscidini ziyarət ediblər.
 
Agentlikdən Ednews-a verilən xəbərə görə, ziyarət zamanı konfrans iştirakçıları tərəfindən namaz qılınıb və İslam dünyasında sülh və əmin-amanlığın bərqərar olması üçün dualar edilib.
 
Ziyarət əsnasında qonaqlara Qafqazın ən böyük məscidinin inşası, dini ocağın fəaliyyəti və burada qılınan namazlar haqda ətraflı məlumat verilib, həmrəylik və sülh simvoluna çevrilən Heydər məscidinin önəmi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...